AZ

Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyatlar:DAHA 77 ŞÜBHƏLİ SAXLANILDI

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"da yazıb.

 

O qeyd edib ki, saxlanılan şəxslərdən 43-ü həbs edilib, bir nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub. Digər şəxslərlə bağlı prosedurlar davam edir.

 

Məlumata görə, əməliyyatlar Afyonkarahisar, Aksaray, Ankara, Antalya, Burdur, Bursa, Çankırı, Çorum, Diyarbəkir, Düzce, Edirne, Elazığ, Eskişehir, Giresun, Gümüşhane, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kırıkkale, Kocaeli, Kütahya, Manisa, Muğla, Ordu, Osmaniye, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van, Yozqat və Zonquldakda həyata keçirilib.

 

A.Yerlikaya vurğulayıb ki, milli iradəyə qarşı qurulan tələlər bir-bir ifşa olunur: "Dövlətimizin bütövlüyünə və xalqımızın əmin-amanlığına qəsd edənlərlə mübarizəmiz qətiyyətlə davam edir".




Seçilən
22
senzor.az

1Mənbələr