AZ

Cefri Epşteynin qardaşı maliyyəçinin həbsxanada öldürüldüyünü iddia edib

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı qalmaqallı maliyyəçi Cefri Epşteynin qardaşı Mark Epşteyn onun intihar etmədiyini, həbsxanada öldürüldüyünü bildirir.

Oxu.Az xəbər verir ki, məlumatı "People" yazıb.

M.Epşteyn bu versiyanın tezliklə rəsmən təsdiqlənəcəyinə əmindir, çünki fevralda yeni autopsiya hesabatının dərc olunacağı gözlənilir.

Qardaşının ölümündən dərhal sonra M.Epşteyn Nyu-York şəhərinin keçmiş baş tibb ekspertini işə cəlb edib və o, intihar üçün səciyyəvi olmayan xəsarətlər aşkar etdiyini deyib. Amma 2023-cü ildə Federal Təhlükəsizlik Bürosu və ABŞ Ədliyyə Nazirliyi ölümdə zorakılıq əlamətləri olmadığını elan edib.

Xatırladaq ki, Ceffri Epşteyn cinsi istismar və uşaq istismarında ittiham edilib. O, 2019-cu ilin iyulunda həbs olunub və avqustda həbsxana kamerasında ölü tapılıb. Rəsmi versiyaya görə, Epşteyn intihar edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
oxu.az

1Mənbələr