BAKI, 11 yanvar. TELEQRAF
Karakasda Venesuelada hakim “çavistlər” hərəkatının tərəfdarları növbəti aksiya keçirərək prezident Nikolas Maduronun geri qaytarılmasını tələb ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.
Bildirilir ki, Maduronun və həyat yoldaşının Nyu-Yorka gətirilməsindən sonra paytaxtda bu cür aksiyalar hər gün keçirilir.
Eyni zamanda, Venesuela Xarici İşlər Nazirliyi ABŞ ilə 2019-cu ildə kəsilmiş diplomatik münasibətlərin bərpası üzrə danışıqların başlandığını açıqlayıb. Bu fondda ölkədə müvəqqəti prezident vəzifəsini icra edən Delsi Rodriges bəzi siyasi məhbusların azad edildiyini bildirib.