AZ

“Yuventus” “Mançester Yunayted”dən Mazraui və “Bavariya”dan Boe ilə maraqlanır

“Yuventus”un transfer hədəfləri məlum olub.

İdman.Biz-in “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, Turin klubu mərkəzi yarımmüdafiəni gücləndirməyi planlaşdırırmış, lakin son günlərdə Manuel Lokatelli və Kefren Türamın yaxşı forması səbəbindən prioritetləri dəyişib.

Baş məşqçi Luçano Spalletti ilə ətraflı müzakirələrdən sonra baş direktor Damien Komolli və idman direktoru Marko Ottolini cinah yarımmüdafiəçisi və sağ cinah müdafiəçisi tapmağa qərar veriblər.

Daha əvvəl “Yuventus”un Federiko Kyezanı “Liverpul”dan icarəyə götürməkdə maraqlı olduğu bildirilirdi, lakin ingilis klubu oyunçunu yalnız daimi transferlə buraxmağa hazırdır. İtalyanlar alternativ olaraq Kevin Şade və Mikkel Damsqaard (“Brentford”), Simon Adenqra (“Sanderlend”), Daniel Maldini (“Atalanta”), Albert Qudmundsson (“Fiorentina”) və Yannik Ferreyra Karrasko (“Əl-Şabab”) kimi oyunçuları nəzərdən keçirirlər.

Müdafiənin sağ cinahını gücləndirmək üçün transferə gəlincə, “Yuventus” “Mançester Yunayted”dən Nussair Mazrauini transfer etməyi düşünür. Turin klubu onu avqustun sonunda izləyirdi və son zamanlar maraqları daha da artıb. “Bavariya”nın oyunçusu Saşa Boe də müzakirə mövzusudur.

İdman.Biz
Seçilən
34
1
idman.biz

2Mənbələr