Kolumbiyalı məşhur müğənni Yeison Jimenez və onun qrupunun üzvləri Boyaca departamentində şəxsi təyyarə qəzasında həlak olublar.
Publika.az xəbər verir ki, bu barədə "El Tiempo" məlumat yayı .
"Paipa və Duitama arasında təyyarə qəzası təsdiqlənib. Göyərtəsində altı nəfərin olduğu təyyarə Medellinə gedirdi", - deyə açıqlamada bildirilir.
Hadisə yeri araşdırma üçün mühasirəyə alınıb. Müstəntiqlər qəzanın bütün hallarını müəyyən edəcəklər.