AZ

Yaponiyada 5,1 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Yaponiyanın şimal-şərqində 5,1 bal gücündə zəlzələ başverib.

Trend-in məlumatına görə, bu barədə ölkənin milli meteorologiyaidarəsi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri İvate prefekturasıərazisində, ocağı isə 60 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.Zəlzələdən sonra sunami xəbərdarlığı verilsə də, bir neçə dəqiqəsonra xəbərdarlıq ləğv edilib.

Seçilən
32
1
az.trend.az

4Mənbələr