AZ

Kərə yağları neçə manat BAHALAŞACAQ?

Xəbər verildiyi kimi, 2026-cı ilin yanvarın 1-dən Azərbaycanda kərə yağının idxal rüsumu 5 %-dən 15 %-ə yüksəldilib.
 

Əgər ötən il bazarda kərə yağının 1 kiloqramının qiyməti təxminən 18-23 AZN olmuşdusa, idxal rüsumunun artırılması ilə bu vəziyyət əlavə bahalaşmaya səbəb ola bilər. Hər ay 1 manatadək artan qiymətlərin rüsum artımı ilə daha sürətlə qalxması gözlənilir. Məsələn, hazırda 1 kiloqramı 25 AZN olan kərə yağı bu ildən 29-30 AZN-ə satıla bilər.


Həmçinin, yerli süd və yağ istehsalındakı müəyyən çətinliklər, məsələn - əlavə xərc, heyvandarlıqda yaranan problemlər və yem xərclərinin baha olması daxili məhsul istehsalına təsir edir, idxaldan asılılığı daha da artırır.

Bəs bu hal yerli istehsalın inkişafını stimullaşdıra bilərmi? Alıcını nə gözləyir?

İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında kərə yağında yerli istehsalın olduqca aşağı həddə olduğunu bildirib:

bildirib ki, Azərbaycanda yerli istehsal olsaydı, xaricdən bu qədər yağ gətirilməzdi:
 

“Yerli istehsal adı altında bazarda olan məhsullar xaricdən gətirilib, daha sonra burada qablaşdırılır. Bizim o qədər iribuynuzlu mal-qaramız da yoxdur ki, südümüz olsun və süddən süd məhsulları, o cümlədən, kütləvi şəkildə kərə yağı istehsalı edək. Biz idxaldan çox asılıyıq”.


Ekspert qeyd edib ki, rüsumun artması qiymətin də 10% bahalaşmasına səbəb olacaq.

Fatimə Əliyeva, Bizim.Media

Seçilən
45
2
bizim.media

3Mənbələr