BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ildə Türkiyədə törədilən qəza sayı 676 min 706 olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Baş Polis İdarəsindən məlumat verilib.
İdarədən verilən məlumata görə, keçən ilin avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 589 min 141, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 87 min 565 olub.
“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 407 min 352, vəfat edənlərin sayı isə 2 min 541 nəfər təşkil edib.” – deyə idarədən bildirilib.
Məlumata əsasən,2025-ci ilin dekabr ayında Türkiyədə baş verən ümumi qəza sayı 57 min 822 olub. Avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 50 min 661, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 7 min 161 olub.
Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralananların sayı 30 min 200, vəfat edənlərin sayı isə 213 nəfər təşkil edib