AZ

Masallıda 9 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Bakı. Trend:

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindın narkotikvasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumatagörə, tədbir zamanı 37 yaşlı Balağa Nuriyev və əvvəllər məhkumolunmuş 49 yaşlı Məhərrəm Məmmədov saxlanılıblar.

Həmin şəxslərdən 9 kiloqram marixuana aşkar edilərəkgötürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərbarəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Seçilən
13
44
az.trend.az

10Mənbələr