AZ

Tramp Qrenlandiyanın işğalı planını hazırlatdırır

ABŞ Prezidenti Donald Tramp ölkənin Birləşmiş Xüsusi Əməliyyatlar Komandanlığına (JSOC) Qrenlandiyanın işğalı üçün ətraflı plan hazırlamağı tapşırıb.

 

Modern.az "The Mail on Sunday" qəzetinə istinadən xəbər verir ki, Tramp Qrenlandiyanı strateji mövqeyi və mineral sərvətlərinə əsasən ilhaq etmək istəyir. O, əvvəllər dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşməsinin vacibliyini bildirib.

 

Tramp prezidentliyinin birinci müddətində Qrenlandiyanı satın almağı təklif etmişdi və 2025-ci ilin mart ayında onun ilhaq oluna biləcəyinə əminliyini ifadə etmişdi. Danimarkanın Baş naziri Mette Frederiksen bu iddiaları rədd edir və adanın krallığın bir hissəsi olduğunu vurğulayır.

 

Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın Müdafiəsi haqqında Müqaviləni imzalayıblar. Müqaviləyə əsasən, ABŞ adanı potensial təcavüzdən qorumağı öhdəsinə götürüb.

Seçilən
18
1
modern.az

1Mənbələr