Çin Ticarət Nazirliyi Yaponiyaya "hərbi məqsədlər və hərbi gücün gücləndirilməsinə töhfə verən digər məqsədlər üçün" ikili təyinatlı malların ixracına embarqo tətbiq etdiyi”ni açıqlayıb.
"Ölkə.az" xəbər verir ki, Pekinin bu addımı Tokioda ciddi narazılığa səbəb olub. Yaponiya xarici işlər nazirinin birinci müavini Takehiro Funakoşi Çinin Tokiodakı səfiri Vu Cianhaonu çağırıb və embarqoya etiraz edib. Görüşdə yüksək vəzifəli yapon diplomatı tədbirlərin dərhal ləğv edilməsini tələb edib.
Kyodo News agentliyinin məlumatına görə, artıq bir neçə Çin dövlət şirkəti də yapon tərəfdaşlarına nadir torpaq elementlərinin tədarükü üçün yeni müqavilələr bağlamayacaqlarını elan ediblər.
Yaponiyanın baş naziri Sanae Takaiçi ölkənin ictimai televiziyasında Çinin Yaponiyaya ikili təyinatlı mallara embarqo tətbiq etmək qərarının qəbuledilməz olduğunu bildirib: "Yalnız ölkəmizi hədəf alan bu tədbirlər beynəlxalq təcrübəyə ziddir. Bu, qəbuledilməzdir".