Bakı. Trend:
10 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xariciişlər nazirinin müavini Yalçın Rəfiyev İslam ƏməkdaşlıqTəşkilatının (İƏT) xarici işlər nazirləri şurasının Somali iləbağlı fövqəladə iclasında iştirak edib.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT-in mənzilqərargahında baş tutmuş fövqəladə iclasın məqsədi Somalinin“Somalilənd” bölgəsinin müstəqil dövlət kimi tanınmasına qarşıSomalinin suverenliyi və ərazi bütövlüyünə dəstək vermək, habelə buistiqamətdə atıla biləcək birgə addımları müzakirə etmək olub.
İclasda çıxış edən Y.Rəfiyev Azərbaycan Respublikasının SomaliFederal Respublikasının suverenliyinə, milli birliyinə və ərazibütövlüyünə dəstəyini ifadə edib. Nazir müavini İƏT-in Somali üzrəTəmas Qrupunun fəal üzvü kimi Azərbaycanın beynəlxalqictimaiyyətin, o cümlədən İƏT üzv ölkələrinin məsələ ilə bağlıkollektiv səylərini dəstəkləyəcəyini nəzərə çatdırıb.
Ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyivurğulanaraq müxtəlif regionlarda, o cümlədən Afrika Buynuzu vəQırmızı dəniz hövzəsində sülh, sabitlik və təhlükəsizliyin bərqərarolması üçün məsuliyyətli və beynəlxalq hüquq çərçivəsindədavranmağın əhəmiyyəti ilə bağlı beynəlxalq ictimaiyyətə çağırışedilib.
İƏT xarici işlər nazirlərinin 22-ci fövqəladə iclasının sonundaüzv dövlətlər tərəfindən Somali və onun ərazi bütövlüyünə birmənalıvə qətiyyətli dəstək ifadə edən qətnamə qəbul olunub.