AZ

"Yenə də çempion biz olacağıq" - Okan Buruk

style='margin-bottom:10px;'>

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Türkiyə Superkubokunun finalında "Fənərbaxça"ya uduzudqları (0:2) matç barədə danışıb.

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bildirib ki, hər iki komanda oyuna bənzər planla çıxıb:

"İlk qol "Fənərbaxça"nı həm hesab, həm də özünəinam baxımından üstün etdi. Biz bu özünəinami oyunun ümumi gedişində ortaya qoya bilmədik. Bu stadionda, külək və yağış şəraitində topa toxunuşlarımız və idarəmiz çox pis idi. İlk hissədə öz səviyyəmizdən aşağı oynadıq".

İkinci yarıda taktiki dəyişikliklərdən danışan Buruk qeyd edib: "Sarı vərəqəsi olan Davinson Sançezi çıxarıb Mario Leminanı stoper mövqeyinə çəkdik. İkinci qolu çox erkən buraxdıq. Sonra rəqibin cərimə meydançasına yaxın oynasaq da, fərq yarada bilmədik. Bu gün qalib olmağı haqq edən biz deyildik. Rəqibimizi təbrik edirəm".

O, Buruk azarkeşlərə təşəkkür etməyi də unutmayıb: "Bu şəraitdə, yağış və külək altında bu stadionu dolduran azarkeşlərimizə minnətdaram. Onlara kuboku hədiyyə edə bilmədiyimiz üçün üzr istəyirəm. Amma yaxşı komandamız və oyunçularımız var. Türkiyə kuboku, Superliqa və Çempionlar Liqasında daha güclü şəkildə dönəcəyik".

Baş məşqçi  Superliqada çempion olacaqlarına inandığını da vurğulayıb: "Heç nə dəyişməyəcək. Yenə də çempion biz olacağıq. Komandama və oyunçularıma güvənirəm. Bu yarışa başlayırıq və mövsüm sonunda çempionluğu yenə birlikdə qeyd edəcəyik".

Seçilən
52
7
teleqraf.com

8Mənbələr