AZ

1 kilosu 70 manat olan çərəzə bu qədər pul verməyə dəyərmi?

Kilosu 70 manat, bəzən ondan da baha satılan püstənin insan orqanizminə nə faydası var?

""Yeni Sabah" xəbər verir ki, qida mütəxəssisi Fərid Səfərov bahalı çərəzin tərkibini açıqlayıb: 

“Püstə kimi yüksək keyfiyyətli çərəzlərdə sağlam yağ turşuları daha çox olur. Zülal və lif miqdarı nisbətən yüksək, antioksidantlar isə daha yaxşı qorunur. Bahalı püstə, adətən, təzə olur, düzgün qurudulur, doğru şəraitdə saxlanılır və az duzlu şəkildə satışa çıxarılır. Bu da həm dad, həm də sağlamlıq baxımından üstünlük yaradır.”

Mütəxəssis bildirib ki, ucuz və keyfiyyətsiz çərəzlərdə isə uzunmüddətli saxlanma, rütubət və ya düzgün olmayan qovurma səbəbindən yağların oksidləşməsi baş verə bilər:

“Bu proses çərəzin faydasını azaldır, bəzi hallarda isə sağlamlıq üçün zərərli ola bilər.”

Fərid Səfərovun sözlərinə görə, püstənin yüksək qiyməti əsasən dad xüsusiyyətləri, keyfiyyət göstəriciləri və istehsal xərcləri ilə bağlıdır:

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
16
yenisabah.az

1Mənbələr