Gürcüstan ərazisində baş verən qar uçqunları səbəbindən Şimali Osetiyada Hərbi Gürcüstan yolunda bütün nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
“İki sahil” xəbər verir ki, Rusiya Fövqəladə Hallar Hazirliyinin Şimali Osetiyadakı idarəsindən məlumat verilib.
“Gürcüstanda baş verən qar uçqunları, təhlükəsiz keçidin təmin edilməsinin mümkünsüzlüyü və Gürcüstan sərhəd polisinin tövsiyələri nəzərə alınmaqla, 11 yanvar 2026-cı il, saat 05:20-dən etibarən Rusiya Federasiyasından çıxış istiqamətində bütün növ nəqliyyat vasitələrinin hərəkəti növbəti xəbərdarlığa qədər qadağandır”, - məlumatda qeyd olunub.