AZ

Tramp yenə istədiyini ala bilməyəcək Nobel qalmaqalı bitdi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Venesuela müxalifətinin lideri Maria Korina Maçadonun ötən il aldığı Nobel Sülk Mükafatı başqasına verilə bilməz”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Norveç Nobel İnstitutuna istinadən məlumat yayıb.

“Maçado Nobel Sülk Mükafatını ABŞ prezidenti Trampa vermək istədiyini açıqladı. Amma bu mükafat başqasına verilə, paylaşıla və ya ləğv edilə bilməz”, – deyə bildirilib.

İnstitutun bəyanatında Nobel Fondunun mükafatın verilməsi qərarının qəti və geri dönməz olduğu qeyd olunur: “Biz mükafat alınandan sonra laureatların hərəkətləri və ya açıqlamaları ilə bağlı şərh vermirik. Amma qərar qətidir və əbədi olaraq qüvvədə qalır”.

Xatırladaq ki, bundan əvvəl teleaparıcı Şon Hanniti Trampla müsahibəsi zamanı ona bildirib ki, Maçado artıq mükafatı ona şəxsən təqdim etməyi planlaşdırır.

“Mən başa düşdüyüm qədəri ilə gələn həftə o, ölkəmizə gələcək və mən onunla görüşməyi səbirsizliklə gözləyirəm. Eşitmişəm ki, o, mükafatını mənə vermək etmək istəyir. Bu, böyük şərəf olardı. Mən əslində səkkiz müharibəni dayandırmışam”, – deyə Ağ Ev rəhbəri qeyd edib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
globalinfo.az

1Mənbələr