İranda mövcud rejimə qarşı keçirilən ümummilli etiraz aksiyaları artıq iki həftədir davam edir. Nümayişlər zamanı baş verən toqquşmalarda həlak olanların sayı artıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.
Məlumatına görə, zorakılıqlar nəticəsində ən azı 116 nəfər ölüb.