AZ

Afrika Millətlər Kuboku: Bütün yarımfinalçılar müəyyənləşdi

Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. 

Fanat.Az xəbər verir ki, son iki yarımfinalçının adına Əlcəzair – Nigeriya və Misir – Fil Dişi Sahili oyunlarında aydınlıq gəlib.

Nigeriyalılar rəqibi üzərində inamlı (2:0), Məhəmməd Salahlı Misir isə minimal (3:2) hesablı qalibiyyət əldə edib. nəticədə turnirin son qalibi Fil Dişi Sahili yığması tituldan məhrum olub.

Beləliklə, turnirin yarımfinalında Nigeriya - Mərakeş, Misir - Seneqal görüşləri keçiriləcək. Yarımfinal qarşılaşmaları 14 yanvarda baş tutacaq. Turnirin qalibi 18 yanvarda, bazar günü keçiriləcək final oyununda müəyyənləşəcək.

Qeyd edək ki, Mərakeşdə keçirilən 2025-ci il Afrika Millətlər Kubokunda 6 qrupa bölünmüş 24 komanda iştirak edib. Turnirin son qalibi 2023-cü ildə baş tutan finalda Nigeriyanı 2:1 hesabı ilə məğlub edən Fil Dişi Sahili millisidir.

Seçilən
18
fanat.az

1Mənbələr