GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
“İrana hər hansı bir hücum qisasla nəticələnəcək”.
Globalinfo.az xəbər verir ki, bunu İran Parlamentinin spikeri Məhəmməd Bagir Qalibaf ABŞ Prezidenti Donald Trampa xəbərdarlıq edərkən deyib.
O, İsrailə və bölgədəki ABŞ bazalarına işarə edib.
Bundan əvvəl məlum olub ki, İsrail İrana ABŞ-ın müdaxiləsi ehtimalı ilə bağlı yüksək səviyyədə hazırlıq vəziyyətindədir.
Məsələ yanvarın 10-da İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Dövlət katibi Marko Rubio arasında müzakirə olunub. “Reuters” agentliyinin məlumatına görə, Təl-Əviv Tehrana müdaxilə etmək istəyini ifadə etməyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl ölkəsinin İrana kömək etməyə hazır olduğunu bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.