AZ

“Çelsi”nin ulduzuna 100 milyonluq təklif - Bu transfer rekord qıra bilər

BAKI, 11 yanvar. TELEQRAF

“Mançester Yunayted” “Çelsi”nin futbolçusu Koul Palmeri heyətinə qata bilər.

Teleqraf “Footballtransfers” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə bağlı istənilən mümkün razılaşma 100 milyon avrodan yuxarı məbləğdə dəyərləndiriləcək.

Palmerin “qırmızı şeytanlar”a potensial keçidi klubun transfer rekordunu qıra bilər. Hazırda bu rekord 2016-cı ildə Pol Poqbanın “Yuventus”dan 105 milyon avroya transferi ilə müəyyən olunub.

Transfermarkt portalının məlumatına əsasən, Palmerin bazar dəyəri 120 milyon avrodur.

Qeyd edək ki, Koul Palmer 2023-cü ildən “Çelsi”nin formasını geyinir. Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlər üzrə 12 oyunda iştirak edib və 4 qolla yadda qalıb. Futbolçunun London klubu ilə mövcud müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədədir.

Seçilən
30
teleqraf.com

1Mənbələr