AZ

Yaponiyada güclü ZƏLZƏLƏ

11:28 11.01.2026
11:28 11.01.2026

Yaponiyanın şimal-şərqində 5.1 bal gücündə zəlzələ baş verib.

Mynews.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin episentri İvate prefekturası ərazisində, ocağı isə 60 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb. Zəlzələdən sonra sunami təhlükəsi elan edilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.


Seçilən
24
mynews.az

1Mənbələr