AZ

Netanyahu ilə İran mövzusunda telefon DANIŞIĞI

ain.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ dövlət katibi Marko Rubio İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığı zamanı İrandakı etirazları, Suriyadakı vəziyyəti və Qəzza sülh müqaviləsini müzakirə edib.

Doğru.az xəbər verir ki, “The New York Times” qəzetinin üç mənbəyə istinadən verdiyi məlumata görə, Rubio şənbə günü səhər (10 yanvar) Netanyahu ilə telefonla danışıb.

Nəşr bildirir ki, etirazlar fonunda ABŞ prezidenti Donald Trampa İrana hücum variantları barədə məlumat verilib.

Eyni zamanda, “The Wall Street Journal” mənbəyə istinadən yazıb ki, Tramp administrasiyası İrana mümkün zərbələrin hədəflərini müzakirə edib.

DOĞRU.AZ 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
dogru.az

2Mənbələr