AZ

SON DƏQİQƏ: İsrail və ABŞ İrana qarşı hazırlıq

ain.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

İslam Respublikasında kütləvi etirazlar fonunda İsrail ABŞ-ın İrana mümkün müdaxiləsi ilə bağlı yüksək hazırlıq vəziyyətindədir.

Doğru.az xəbər verir ki, Reuters agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, həftəsonu İsraildə təhlükəsizlik məsləhətləşmələrində iştirak edən mənbələr İsrailin döyüş hazırlığının artırılmasının praktik nəticələrini dəqiqləşdirməyiblər.

Agentlik bildirir ki, ABŞ dövlət katibi Marko Rubio və İsrailin baş naziri Benyamin Netanyahu telefon danışığında Vaşinqtonun İran işlərinə müdaxiləsi ehtimalını müzakirə ediblər.

Qeyd edək ki, daha əvvəl “The New York Times” qəzeti də üç mənbəyə istinadən İrandakı etirazların Rubio ilə Netanyahu arasında telefon danışığının mövzusu olduğunu yazmışdı.

Eyni zamanda, “The Wall Street Journal” qəzetinin məlumatına görə, Tramp administrasiyası İrana mümkün zərbələrin hədəflərini müzakirə edib.

DOĞRU.AZ 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
dogru.az

2Mənbələr