"Football-plus.az" xəbər verir ki, həm keçmiş dönəmin, həm də müasir futbolun ulduzları ilə görüşərək ''yutub'' kanalı üçün çəkilişlər edir.
Aycan Yanaç son olaraq Neymarla görüşüb. Braziliyalı superulduza paxlava və şirniyyatlar hədiyyə edən Aycan Yanaç ona bəzi suallar ünvanlayıb. Neymar ''Real'' və Türkiyə yığmasının gənc ulduzu Arda Gülər haqda suala belə cavab verib:
''Mükəmməl futbolçudu. Çox səviyyəlidi. Fikrimcə, dünyanın ən yaxşı mərkəz yarımmüdafiəçisidi''.
Bundan başqa Neymar Türkiyədən hər hansı bir klubu tanıyıb-tanımaması haqda suala cavab verərkən ''Fənərbaxça'' ilə ''Qalatasaray''ın adını çəkib. Hərçənd ''Fənər''i əsasən Aleks de Souzaya görə tanıdığını və onu sevdiyini, eləcə də böyük bir heyranı olduğunu əlavə edib.