AZ

İran parlamentinin sədri ABŞ-yə xəbərdarlıq edib

İran eyni vaxtda 4 cəbhədə müharibə aparır.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib.

Onun sözlərinə görə, savaşlardan biri İsrail və ABŞ ilə aparılır. "Həm də iqtisadi, koqnitiv-psixoloji və hərbi-terrorçu müharibələr gedir" , - Qalibaf bildirib.

Qalibaf ABŞ-nin etirazlara müdaxiləsinə də toxunub. "Əgər ABŞ İrana hücum etsə, amerikalıların nəzarətə götürdüyü ərazilər və hərbçiləri bizim üçün qanuni hədəfə çevriləcək" , - o vurğulayıb.

Seçilən
131
9
bakivaxti.az

9Mənbələr