Naxçıvan şəhərində səhər saatlarından qatı duman müşahidə olunur.
SİA-nın yerli bürosu xəbər verir ki, duman görmə məsafəsini məhdudlaşdırdığı üçün avtomobil və piyadaların hərəkətində çətinliklər yaradır.
Mövcud hava şəraiti yol hərəkəti iştirakçıları üçün gediş-gəliş zamanı nişanlara uyğun daha diqqətli və məsuliyyətli olmağı zəruri edir.