AZ

İngiltərədə bir əsrdən çox davam edən rekordu Runi qırdı

İngiltərə Kubokunun üçüncü mərhələsində 118 illik rekord qeydə alınıb.

Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, bu,  6-cı divizion təmsilçisi “Maklsfild Taun” ilə kubokun son qalibi “Kristal Palas”ın görüşündə reallaşıb.

Görüş ev sahiblərinin 2:1 qələbəsi ilə başa çatdı. Beləliklə, “Maklsfild Taun” 1908-1909 mövsümünün birinci mərhələsində "Volverhampton"u turnirdən kənarlaşdıran "Kristal Palas"dan sonra İngiltərə Kubokunun qalibini məğlub edən ilk aşağı liqa komandası olub.

"Kristal Palas" 2025-ci ilin mayında finalda "Mançester Siti"ni (1:0) məğlub edib.

Qeyd edək ki, “Maklsfild Taun” “Mançester Yunayted”in və İngiltərə millisinin keçmiş futbolçusu Ueyn Runinin kiçik qardaşı Con Runi çalışdırır.

Seçilən
10
1
fanat.az

2Mənbələr