ABŞ-nin Missisipi ştatının Kley dairəsində baş verən atışma nəticəsində yeddi yaşlı qız daxil olmaqla, altı nəfər həlak olub.
Publika.az "NBC News" telekanalına istinadən xəbər verir ki, bu barədə Kley dairəsinin şerifi Eddi Skott mətbuat konfransında bildirib.
O qeyd edib ki, qətllər üç fərqli məkanda törədilib. Şübhəli bilinən 24 yaşlı Darika Mur həbs edilib və ona qarşı ittiham irəli sürülüb.