AZ

ABŞ-da qadının öldürülməsi ilə bağlı minlərlə insan yenidən etirazlara qoşulub

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Miqrasiya və Gömrük Nəzarəti agenti tərəfindən qadının güllələnərək öldürülməsindən sonra minlərlə insan yenidən etirazlara qatılıb.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumatda bildirilir ki, bu hadisə ölkə daxilində böyük rezonans doğurub və çoxsaylı şəhərlərdə miqrasiya siyasəti əleyhinə aksiyalar təşkil olunub.

Soyuq havaya şəraitinə baxmayaraq, ötən gecə Minneapolisdə insan kütlələri küçələrə axın edib və ABŞ-ın bir çox digər şəhərlərində də etirazlar qeydə alınıb, o cümlədən Ostin, Sietl, Nyu-York və Los-Ancelesdə.

Şəhər rəsmiləri bildiriblər ki, həftəsonu keçirilən etirazlar zamanı təxminən 30 nəfər həbs edilib və bir polis işçisi xəsarət alıb.

Etirazlar, 37 yaşlı Renee Nicole Good adlı bir qadının avtomobilində oturduğu zaman Minneapolisdə bir miqrasiya agenti tərəfindən güllələnərək öldürülməsi ilə başlayıb. Hadisə miqrasiya qüvvələrinin şəhərdə genişmiqyaslı reyd aparması zamanı baş verib və federal orqanların davranışına qarşı qəzəbə səbəb olub.

Seçilən
22
3
apa.az

4Mənbələr