Məlum olduğu kimi ''Mançester Siti'' 62,5 milyon funt sterlinq qarşılığında ''Bornmut''un vingeri Antuan Semenyonu heyətinə qatıb. Bu keçidin rəsmiləşməsinin ardından ''Transfermarkt'' maraqlı bir xəbər paylaşıb. Belə ki, Qvardiolanın dönəmində ''Siti''nin transferlərə xərclədiyi məbləğ 2 milyard avro həddini aşıb! Bu, həmin dönəm üçün rekord göstəricidi. 2016-cı ilin iyulun 1-dən, yəni Qvardiola rəsmən ''Siti''nin başına keçdiyi vaxtdan bu yana heç bir məşqçi transferlərə bu qədər böyük məbləğ xərcləməyib. İkinci pillədə Dieqo Simeone qərarlaşıb. Onun bu müddət ərzində ''Atletiko''da transfer üçün xərcləri 1,22 milyard avroya bərabər olub. 3-cü pillədə isə bu müddətdə 4 klubda - ''İnter'', ''Çelsi'', ''Tottenhem'', ''Napoli''də çalışan və transferlərə ümumilikdə 1,19 milyard avro xərcləyən Antonio Konte qərarlaşıb. Bu göstəricidə ''10-luq''da qərarlaşan digər məşqçilər bunlardı: Massimiliano Alleqri (1,17 milyard avro), Tomas Tuxel (1,17), Unay Emeri (1,1), Mikel Arteta (1,09), Erik ten Haq (1,07), Eddi Hau (1,01), Nuno Eşprito Santo (986 milyon avro).
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta