GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Kurtlar Vadisi” serialında İranla bağlı səslənən fikirlər gündəm olub.
Globalinfo.az xəbər verir ki, sosial mediada türkiyəli aktyor Zafer Erginin səhnəsi yayılıb.
Serialda “Mehmet Karahanlı” obrazının dilindən bu sözlər deyilib:
“İran üç hissəyə bölünəcək. Bu prosesdə ən böyük və həlledici rol azərbaycanlılara məxsusdur. Şimal Azərbaycanda mövcud siyasi və ictimai balanslar bizim nəzarətimizdədir. Cənubi Azərbaycanda isə vəziyyət qaynama nöqtəsinə çatıb”.
Qeyd edək ki, “Kurtlar Vadisi” serialı 2005-ci ildə yayımlanıb. İranda davam edən etiraz aksiyalarından sonra sözügedən kadrlar yenidən xatırlanıb.
Safura Bənnayeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.