AZ

Enrike PSJ-dən ayrıla bilər

style='margin-bottom:10px;'>

PSJ-nin baş məşqçisi Luis Enrike 2027-ci ilin yayında klubdan ayrıla bilər.

QOL.az xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb.

İspaniyalı mütəxəssis başqa bir komandada yeni bir təcrübə qazanmaq istəyir. Daha əvvəl Fransa nəhənginin idman direktoru Luis Kampos Enrikenin PSJ-dən ayrılacağı ilə bağlı yayılan xəbərləri yalan adlandırmışdı.

Lakin 55 yaşlı məşqçi yeni macəra axtarışındadır və müqaviləsi başa çatdıqdan sonra paytaxt təmsilçisi ilə vidalaşmağı nəzərdən keçirir.

Enrike 2023-cü ilin yayından bəri PSJ-nin baş məşqçisidir. Onun rəhbərliyi altında PSJ Çempionlar Liqasını, UEFA Super Kubokunu və 2 dəfə Fransa çempionluğunu qazanıb. 

Seçilən
66
teleqraf.com

1Mənbələr