AZ

Azərbaycan klubunun yeni transferi ilə bağlı şok iddia - "Qiyməti 20 milyon manat olacaq"

Qış çempionu "Sabah" heyətin formalaşması yolunda vacib qərarlar verməkdədir.

Öncə icarə müqaviləsi bitən və "Rubin"ə məxsus Raxmonaliyevlə 3 illik anlaşma imzalandı.

Özbəkistanlı legionerin ardınca Aaron Maluda ilə bağlı narahatlıq da aradan götürüldü.

"Tələblər" Fransanın "Lill" klubuna məxsus yarımmüdafiəçi ilə 4 illik anlaşma imzaladı.

20 yaşlı vingerlə bağlı qərar azarkeşlərin də ürəyincə olub.

Klubun sosial şəbəkə hesablarına gələn rəylər bunu aydın göstərir:

"Bu nə şad xəbərlərlərdir belə ardıcıl? Bravo!".

"Qaldı Simiçlə Puxaç".

"Əla transferdir".

"Möhtəşəm oyunçudur. İndidən deyim ki, zədəsi olmasa, gələcək qiyməti 15-20 milyon olacaq".

"Əla".

"Simiç və Puxaç da alınsa olacaq super".

"Möhtəşəm".

"Əla xəbərdir".

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
32
sportinfo.az

1Mənbələr