AZ

Ukraynanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək



Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Rusiya qüvvələrinin Ukraynaya "Oreshnik" orta mənzilli hipersəs ballistik raketi ilə hücumuna cavab olaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 12 yanvarda təcili iclas çağıracağını açıqlayıb.

Sibiqa bu barədə Amerika şirkətinin X sosial media hesabında paylaşım edib. Bildirib ki, BMT

İclasda Rusiyanın BMT Nizamnaməsini açıq şəkildə pozması məsələsi müzakirə olunacaq.

Nazirin sözlərinə görə, beynəlxalq ictimaiyyət davamlı sülhə nail olmaq üçün Rusiyaya təzyiqi artırmalıdır: "Rusiyanın hücumları ABŞ-ın, Avropa dövlətlərinin və digər müttəfiqlərin qlobal təhlükəsizlik və sülh sahəsindəki səylərini sarsıdır".

SAMİRƏ

Seçilən
23
baki-xeber.com

1Mənbələr