AZ

ABŞ vətəndaşlarını bu ölkədən çıxmağa çağırdı

ABŞ vətəndaşlarına Venesuelanı dərhal tərk etmələri və ölkəyə səyahət etməmələri tövsiyə olunur.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunub.

“Venesuelada təhlükəsizlik vəziyyəti qeyri-sabit olaraq qalır. Beynəlxalq uçuşların bərpa olunması ilə əlaqədar olaraq, Venesueladakı ABŞ vətəndaşlarına ölkəni dərhal tərk etmələri tövsiyə olunur”, - bəyanatda bildirilib.

Departamentdən qeyd olunub ki, ABŞ vətəndaşları Venesuelanı tərk etməzdən əvvəl ayıq olmalı və ətrafdakılara diqqət yetirməlidirlər.

Seçilən
41
1
ikisahil.az

2Mənbələr