Ayna saytına istinadən ain.az xəbər verir.
İran Prezidenti ABŞ-ı İranda iğtişaşları qızışdırmaqda ittiham edib
“ABŞ ölkədə sabitliyi pozmaq üçün iğtişaşları qızışdırır”. AYNA.AZ “Tasnim”ə istinadən bildirir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.
"Bütün dünya ABŞ hökumətinin danışıqlar masasında oturduğumuz müddətdə diplomatiya və dialoqa hücum etdiyini, insanlığa qarşı cinayətlər törətdiyini və bütün beynəlxalq norma və qaydaları pozduğunu izlədi. İndi isə İran İslam Respublikasını bəzi digər ölkələr kimi hesab edərək, eyni hərəkətləri fərqli şəkildə edir. Bəzilərini iğtişaş və xaos yaratmağa təhrik edir. İran xalqı isə öz ölkələrini və dövlət sistemini dəstəkləməkdə həmişəkindən daha güclü olacaq", - deyə Pezeşkian vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.