AZ

“SƏS” qəzetinin 35 yaşı tamam olur

Bu gün müstəqillik dövrü Azərbaycan jurnalistikasının aparıcı media orqanlarından biri olan “SƏS” qəzetinin 35 yaşı tamam olur. Ötən 35 il ərzində “SƏS” qəzeti ölkədə gedən siyasi, sosial və ictimai proseslərin fəal iştirakçısı kimi çıxış edib, cəmiyyətin səsini ifadə edən nüfuzlu mətbuat orqanına çevrilib.

1991-ci il yanvarın 11-də ilk nömrəsi işıq üzü görən “SƏS” qəzeti hər zaman müstəqil mövqeyi, cəmiyyətin aktual problemlərinə həssas yanaşması və milli maraqlara söykənən prinsipləri ilə seçilib. Qəzet ölkənin ictimai-siyasi həyatında baş verən prosesləri operativ və analitik şəkildə işıqlandırmaqla yanaşı, cəmiyyətin müxtəlif təbəqələrinin problemlərinə də tribuna rolunu oynayıb.

Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə “SƏS” qəzeti də informasiya mühitində baş verən dəyişikliklərə çevik şəkildə uyğunlaşıb. Ənənəvi çap mediası ilə yanaşı, onlayn platformada da fəal fəaliyyət göstərən qəzet oxucu auditoriyasına operativ informasiya təqdim edir. Rəsmi internet saytı vasitəsilə gündəlik xəbərlər, analitik məqalələr və ictimai əhəmiyyət daşıyan materiallar oxuculara çatdırılır.

"İki sahil"in kollektivi  “SƏS” ailəsinin rəhbərliyini və kollektivini 35 illik yubiley münasibəti ilə təbrik edir, bu fədakar ailənin hər bir üzvünə möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayır.

Seçilən
81
ikisahil.az

1Mənbələr