AZ

Çin təyyarələrində ruslar niyə tez-tez həbs olunurlar?: İlginc səbəb

2026-cı ilin ilk yeddi günündə Çində iki Rusiya vətəndaşı maraqlı səbəbdən həbs edilib.

Publika.az Rusiyanın Çindəki səfirliyinin rəsmi Telegram kanalına istinadən xəbər verir ki, onlar təyyarədə siqaret çəkdiyinə görə həbs ediliblər.

Diplomatik missiyanın kanalında hadisələrin təfərrüatlarının hələlik açıqlanmadığı yazılıb. Lakin səfirlik nümayəndələri qeyd ediblər ki, Çin qanunvericiliyinə uyğun olaraq, təyyarədə siqaret çəkmək, o cümlədən elektron siqaretlərin, veyplərin və qızdırılan tütün cihazlarının istifadəsi qəti qadağandır.

Diplomatik missiyanın rəsmiləri onu da vurğulayıblar ki, qadağa uçuşun bütün mərhələlərində — parklanma, qalxma və eniş zamanı tətbiq olunur. Bu qaydalar təyyarənin bütün sahələrinə, o cümlədən tualetlərə də şamil edilir.

Seçilən
38
4
publika.az

5Mənbələr