AZ

Gideon Saar: İran xalqının azadlıq mübarizəsini dəstəkləyirik

BAKI, 11 yanvar. TELEQRAF

İsrail dövləti İranda davam edən hökumət əleyhinə nümayişlərə və xalqın azadlıq tələblərinə rəsmi dəstəyini ifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib.

Nazir İranda baş verən son hadisələrə münasibət bildirərkən, Təl-Əvivin mövqeyini qəti şəkildə ortaya qoyub:

"Biz İran xalqının azadlıq uğrunda apardığı mübarizəni dəstəkləyir və onlara bu yolda uğurlar arzulayırıq".

Qeyd edək ki, 2026-cı ilin yanvar ayının əvvəlindən etibarən İranda yüksək inflyasiya və sosial problemlərlə başlayan etirazlar qısa zamanda siyasi xarakter alaraq rejim əleyhinə aksiyalara çevrilib. İnsan hüquqları təşkilatlarının məlumatına görə, toqquşmalarda yüzlərlə insan həlak olub və ya yaralanıb, minlərlə etirazçı həbs edilib.

Seçilən
37
teleqraf.com

1Mənbələr