AZ

Palma yağı doğrudanda zərərlidir?

“Kərə yağı” adı ilə satılan bir çox məhsulun tərkibinə görə əsl kərə yağından çox palma yağı olduğu ortaya çıxır. 

"Yeni Sabah” xəbər verir ki, bir çox araşdırmalar palma yağı tərkibində təxminən 50 % doymuş yağ olduğunu göstərir. Bu yağ növünün istehlakı ürək damar xəstəlikləri riskini artıran aşağı sıxlıqlı lipoprotein (LDL) xolesterol səviyyəsinin yüksəlməsi ilə əlaqələndirilir, yəni damar tıxanıqlığı, infarkt və insult riskləri arta bilər. 

Bununla yanaşı, palma yağının oksidləşmiş forması, emal və yüksək temperaturda qızartıldıqda meydana çıxan normal vəziyyətdəki yağdan daha zərərli ola bilər və qanın lipid profilinə mənfi təsir göstərərək qaraciyər, böyrək və ürək toxumalarında zəhərlənmə riskini artırır.  

Lakin bu mövzuda fikir ayrılıqları mövcuddur. Bir araşdırma nəticəsində məlum olub ki, palma yağı təhlükəsiz qida maddəsidir. Hər şey onun hansı miqdarda istehlak edildiyindən və orqanik qidalanma vərdişlərindən asılıdır. 

Doymuş yağın yüksək səviyyədə istehlakı, xüsusilə hazır və sənaye məhsullarında – konfetlərdə və süni kərə yağında rast gəlinən tərkiblərlə birlikdə olduğunda uzun müddətdə ürək xəstəlikləri və metabolik pozuntular üçün risk faktorunu artıra bilər. Mütəxəssislər istehlakçıları məhsulların tərkibini diqqətlə oxumağa və mümkün olduqda doymamış yağları üstün tutmağa çağırırlar. 

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
27
yenisabah.az

1Mənbələr