AZ

Polis 4 dostu ilə 19 yaşlı qızı zorladı

Hindistanda 19 yaşlı qızın zorlanması sosial şəbəkələrin Hindistan seqmentində narazılığa səbəb olub.

Publika.az News18-ə istinadən xəbər verir ki, qız polis və onun tanışları tərəfindən təcavüzə məruz qalıb.

Hadisə Çxattisqarx əyalətində baş verib. Nəşrin məlumatına görə, kişilərdən biri qızı yaxından tanıyırmış: "O, cinayət qurbanına zəng edərək onu aldadıb və qızı ucqar bir ərazidəki evə aparıb. Onlar əvvəlcədən planlaşdırılan məkan çatdıqdan sonra polislə yanaşı onun tanışları növbə ilə qıza təcavüz ediblər. Qız artıq huşunu itirəndə isə canilər onu ataraq qaçıblar".

Bir müddət sonra özünə gələn qız evə qayıdıb və baş verənləri qohumlarına danışıb. Ailəsi onu xəstəxanaya apardıqdan sonra hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Hüquq-mühafizə orqanları insidentlə bağlı cinayət işi açıb.

Seçilən
37
publika.az

1Mənbələr