Beləliklə, Tehrandakı dükan sahiblərinin milli pull vahidinin dəyərdən düşməsiylə bağlı başlatdıqları etirazlarda xarici amil də ön plana keçib. Etirazlar davam edərkən, ABŞ-ın İranın hərbi mərkəzlərinə və SEPAH məntəqələrinə endirə biləcəyi zərbələrin nəticəsi nə ola bilər? Mühafizəkarlar etirazların ilk günləri ABŞ-ın adını çəkmirdilər, ancaq Trampın etirazlarla bağlı açıqlama və statusları çoxaldıqca, mollalar etirazları məhz Amerikanın təşkil etdiyini söyləməyə başladılar. Məqsəd aydındır, rejim diqqəti ölkədaxili problemlərdən yayındıraraq cəmiyyəti məlum düşmənə qarşı mobilizə etməyə çalışır. ABŞ raket zərbələri endirərsə, molla rejimi mobilizəni gücləndirməyə çalışacaq. Ancaq bu müvəqqəti xarakter daşıyacaq. Rejim İsrail və ABŞ-la 12 günlük müharibədən sonra cəmiyyəti mobilizə edə bilmədi, əksinə sanksiyalardan bezən insanlar ölkələrinin beynəlxalq aləmlə normal münasibətlərinin formalaşmasını istəyirlər. Bunu istəyənlərdən biri də İran Prezidenti Məsud Pezeşkiandır, ancaq onun da əl-qolunu bağlayan indiki sistemdir”, - politoloq bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta