AZ

BORAN haubitsası qlobal bazardakı mövqeyini gücləndirir

Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən inkişaf etdirilən BORAN haubitsası qlobal bazardakı mövqeyini gündən-günə gücləndirir.

MKE-dən “Poliqon”a verilən məlumata görə, şirkət mühəndisləri tərəfindən yerli imkanlarla hazırlanmış yedəkdə daşınan yüngül BORAN haubitsası Türkiyə müdafiə sənayesinin son illərdə ən diqqətçəkən sistemlərindən biri kimi addım-addım qlobal uğur hekayəsi yazır.

MKE-nin ağır silah istehsalındakı təcrübəsi və mühəndislik imkanları əsasında inkişaf etdirilən BORAN, silahlanmaya qəbul edildiyi gündən etibarən həm əməliyyat sahəsində, həm də beynəlxalq bazarlarda özünü yüksək performanslı və etibarlı sistem kimi sübut edib.

2021-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilən BORAN, qısa müddət ərzində beynəlxalq bazarda da diqqət çəkib və Türkiyə Respublikası tarixində ilk haubitsa ixracı kimi 2024-cü ildə Banqladeş ordusunun silahlanmasına qəbul edilib.

Banqladeşə çatdırılmadan sonra BORAN, 2025-ci ilin may ayında Malayziyada keçirilən atış sınaqlarında müxtəlif ölkələrin haubitsa sistemləri ilə birlikdə eyni poliqonda qiymətləndirilib. Demo atışları çərçivəsində BORAN, 46 saniyə ərzində 12 atəş açaraq atış sürəti və sistem bütövlüyü baxımından rəqibləri ilə müqayisədə açıq-aşkar performans üstünlüyü nümayiş etdirib. Bu nəticələr beynəlxalq istifadəçilər arasında sistemə olan marağın daha da artmasına səbəb olub.

Sahə performansı ilə seçilən və üstün xüsusiyyətləri sayəsində milli və beynəlxalq arenada geniş əks-səda doğuran BORAN haubitsası, 2025-ci ildə ixrac edildiyi ilk Avropa ölkəsi olan Şimali Makedoniyada da əməliyyat şəraitində yüksək qiymət alıb.

Türkiyə Silahlı Qüvvələrinin tələbləri əsasında layihələndirilən BORAN, 1775 kiloqram çəkisi ilə dünyanın ən yüngül haubitsalarından biri hesab olunur. Bu xüsusiyyəti sayəsində “Sikorsky” S-70 və CH-47 “Chinook” helikopterləri ilə havadan, ağır yük daşıma qabiliyyətinə malik nəqliyyat vasitələri ilə isə qurudan istənilən nöqtəyə asanlıqla daşına bilir. 1 dəqiqədən az müddətdə atəşə hazır vəziyyətə gətirilən BORAN, təkər üzərində atəş aça bilmə qabiliyyəti ilə də rəqiblərindən fərqlənir.

GPS dəstəkli atəşi idarəetmə sistemi, panoramik nişangah və sürətli mövqelənmə qabiliyyəti sayəsində BORAN, klassik sistemlərlə müqayisədə sahədə daha çevik, təsirli və sürətli həll təqdim edir. Türkiyə Silahlı Qüvvələrinin daxili təhlükəsizlik və hava dəstəkli əməliyyatlarında uğurla istifadə olunan sistem, komando briqadaları üçün də xüsusi olaraq hazırlanıb.

Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilməsi, Banqladeşə həyata keçirilən tarixi ilk ixrac, Malayziyada nümayiş etdirilən yüksək performanslı atış sınaqları və Şimali Makedoniyaya edilən Avropa tədarükü ilə BORAN, Türkiyənin müdafiə sənayesində çatdığı mühəndislik səviyyəsinin və ixrac potensialının konkret göstəricisi kimi qlobal bazardakı mövqeyini gündən-günə gücləndirir.

Yüksək ixrac potensialı ilə diqqət çəkən BORAN haubitsası, sahib olduğu bütün bu xüsusiyyətləri sayəsində başda Asiya və Avropa olmaqla, müxtəlif qitələrdən bir çox ölkənin marağını cəlb etməyə davam edir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

BORAN

BORAN

BORAN

BORAN

Seçilən
11
poliqon.az

1Mənbələr