AZ

Taylandda qırxa yaxın rusiyalı turist dənizdə batıb

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu barədə TASS yerli turizm sənayesindəki mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, rusiyalı turistləri daşıyan kater açıq dənizdə başqa bir qayıqla toqquşub. Qeyd olunur ki, sözügedən dəniz operatoru əsasən rusdilli turistlər üçün aşağı büdcəli ekskursiya turları təşkil edir və bu da xidmətin keyfiyyətinə təsir göstərir. Həmin şirkətə məxsus katerlərin əvvəllər də qəzaya düşdüyü bildirilir. Pxuket əyalətinin rəsmilərinin məlumatına əsasən, qəza bazar günü yerli vaxtla saat 08:55-də (Moskva vaxtı ilə 04:55) baş verib. Katerdə təxminən 40 nəfər- turistlər və ekipaj üzvləri olub. Hadisə nəticəsində 11 nəfərin xəsarət aldığı, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Xilasetmə işləri davam edir.

Röya Əliyeva

AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
azvision.az

1Mənbələr