ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Yanvarın 9-da Moskvada yağan qar son 146 ilin ən güclü beş qar yağıntısından biri olub”.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzi məlumat yayıb.
Sinoptiklər bildiriblər ki, həmin gün 24 saat ərzində 21,4 millimetr yağıntı düşüb:
“Bu, aylıq orta göstəricinin 40 faizidir. 9 yanvar 1976-cı ildə qeydə alınan yağıntı isə 12,9 millimetr idi”.
Bundan əlavə, Moskvada qarın qalınlığı 30-38 santimetrə, bölgələrdə isə 51 santimetrə çatıb.
Müşahidələrə görə, son 146 ildə Moskvada cəmi 24 qar yağışı hadisəsi qeydə alınıb və yağıntı miqdarı 15 millimetrdən çox olub.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.