Yanvarın 22-də Günəşin yaxınlığında Merkuri, Venera və Marsın nadir planetlər paradı baş verəcək.Metbuat.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun alimləri bildirir ki, bu üç planet Günəş ətrafında simmetrik konfiqurasiya yaradaraq romb və ya xaç formasına bənzəyəcək. Planetlər paradı tədricən dağılacaq; Merkuri yanvarın sonunda, Venera və Mars isə fevral ərzində Günəşdən uzaqlaşacaq. Qeyd olunub ki, belə hadisə növbəti dəfə yalnız 2038-ci ildə təkrar olunacaq.