ABŞ-da əmək naziri Lori Çavez-DeRemerə qarşı şok ittiham irəli sürülüb. ”The Nyu-York Post” qəzeti xanım nazirin öz əməkdaşı ilə gizli eşq yaşadığını iddia edib. Metbuat.az xəbər verir ki, sözügedən KİV 57 yaşlı nazirin adı açıqlanmayan kişi əməkdaşla 3 dəfə evində, 2 dəfə isə otel otağında görüşdüyünü yazıb. Ağ Ev bu iddiaları “çirkin iftira” adlandırıb. Buna baxmayaraq, iddiaları araşdırmaq üçün xüsusi komissiya təşkil olunub. Nazirliyin mətbuat xidməti də iddialara münasibət bildirib. Parella soyadlı mətbuat katibi “nazirimizlə bağlı yazılan xəbərlərin heç bir əsası yoxdur”, - deyib. O, iddialarla bağlı məhkəməyə müraciət edəcəklərini vurğulayıb. Nazirin həyat yoldaşı Şavn DeRemer də yazılanlara münasibət bildirib: ”Bu iddiaların zərrə qədər də əsası yoxdur. Həyat yoldaşıma inanıram və güvənirəm”.