İsrail polisi Baş naziri Benyamin Netanyahunun aparat rəhbəri Tzaçi Bravermanı istintaqa mane olmaq cəhdi ilə bağlı dindirilmək üçün saxlayıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Times of Israel" qəzeti məlumat yayıb.
Polis baş nazirin köməkçisinin saxlanıldığını təsdiqləyib.
"Bu səhər "Lahav 433" əməkdaşları Baş nazirin aparatından yüksək vəzifəli bir məmuru istintaq prosedurlarına mane olmaq şübhəsi ilə saxlayıb", - polisin açıqlamasında bildirilib.
Polisin Ağır Cinayətlər Bölməsinin müstəntiqləri Bravermanın evində axtarış aparıb.
Polis Bravermanın telefonunu da müsadirə edib.
Elvin
Ölkə.az