AZ

İngiltərə nəhənglərinin ələ keçirməyə çalışdığı futbolçunun durumuna "Real Madrid" müdaxilə edə bilər

"Çelsi", "Tottenhem" və "Liverpul" İtaliyanın "Komo" klubunun gənc futbolçusu Yakob Ramon uğrunda rəqabət aparır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.

Mənbənin məlumatına görə, artıq bir müddətdir skautları vasitəsilə 21 yaşlı müdafiəçisinin oyununu izləyən Premyer Liqa klubları üçün transfer məbləği xüsusilə cəlbedicidir. Oyunçunun bazar dəyəri təxminən 18 milyon avro qiymətləndirilir. "Komo"nun İngiltərə klublarının marağını nəzərə alıb futbolçusunun qiymətini yüksəldə biləcəyi ehtimal olunur. Ancaq duruma "Real Madrid" də müdaxilə edə bilir. Məsələ burasındadır ki, Ramon "Real Madrid"in yetirməsidir. "Kral klubu" müdafiəçini 8 milyon avroya geri almaq hüququna malikdir. Üstəlik, İspaniya nəhəngi oyunçunun gələcək satışından əldə olunacaq mənfəətin 50 faizini alacaq.

Yakob bu mövsüm bütün yarışlarda 17 oyunda iştirak edib və 2 qol vurub. Oyunçunun İtaliya klubu ilə hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. 

Seçilən
6
fanat.az

1Mənbələr