AZ

Kapitandan gələcəyi ilə bağlı açıqlama

“Real Madrid”in sağ cinah müdafiəçisi və kapitanı Daniel Karvaxal müqaviləsinin müddətinin bitməsi ilə bağlı sualı cavablandırıb.

34 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Publika.az xəbər verir ki, jurnalist Fabritsio Romano Karvaxalın sözlərini sitat gətirib:

“Zədədən bu yaxınlarda sağaldım. Sadəcə məşq etmək və oyundan zövq almaq lazımdır. Klub mənimlə tamamilə razıdır. Meydançaya hansı səviyyədə çıxa biləcəyimi görmək üçün oynamalıyam. Eyni mövqedə olduğumuz müddətcə heç bir problem olmayacaq”.

Seçilən
63
publika.az

1Mənbələr